Accessibility links

Baş məqalə: Azərbaycan və Enerji


ABŞ-ın Avrasiya Enerji Məsələləri üzrə xüsusi elçisi Riçhard Morningstar deyib ki, heç bir ölkənin enerji təhlükəsizliyi başqa bir ölkənin maraqları bahasına təmin olunmamalıdır və hamının bu məsələdə maraqları eynidir. Səfir Morningstar cari ayın birində Bakıda ABŞ Ticarət Palatasında etdiyi çıxışında bildirib ki, hazırki qlobal maliyyə və iqtisadi vəziyyəti nəzərə aldıqda eitbarlı bir beynəlxalq enerji təçhizatının mövcudluğu həmişəkindən daha mühümdür. Enerji şəbəkələrinin daha geniş səviyyədə birləşdirilməsi, rəqabət və şəffaflığın artması enerji təhlükəsizliyinə kömək edəcək, iqtisadi inkişaf və firavanlığın artmasına gətirib çıxaracaq.

Səfir Morningstar Avrasiya enerji siyasəti barədə isə deyib ki, ABŞ regionda bir neçə məqsədə paralel şəkildə nail olmaq istəyir. Xüsusi elçi qeyd edib ki, ABŞ-ın strateqiyası istehsalçı, tranzit və ya istehlakçı statusundan asılı olmayaraq Avrasiyadakı bütün ölkələrin maraqlarını qorumaqdır. Belə bir strateqiya üçün isə balanslı çox tərəfli yanaşma tərzinə ehtiyac var.

Səfir Morningstar, regiondakı neft və qazın hasilatı, nəqli və satın alınmasında şəffaflıq və qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayıb. O xüsusiylə Nabukko qaz kəməri, Türkiyə- Yunanistan- İtaliya xətdi də daxil olmaqla Cənub Dəhlizi ilə bağlı məsələlər haqqında deyib ki, bu layihələrin hansı ardıcıllıqla həyata keçəcəyi isə ticari məsələdir. ABŞ rəsmisi söylərir ki, iki layihə də müxtəliflik və strateji cəhətdən əhəmmiyyətlidir və onlar təkcə Azerbaycandan yox Türkmənistan və İraqdan da təbii qazın hasilatı və nəqlinə kömək edə bilər. O bunu da əlavə edib ki, həmin layihələr məsələnin təkcə bir hissəsini həll edir və Avropanın enerji təhlükəsizliyi problemini aradan götürə bilməz.

ABŞ Azərbaycan prezidenti İlham Əliyevin, Avropaya göndəriləcək neft və qaz məsələsində ölkəsinin istehsalçı və tranzit ölkə kimi iştirakında strateji şəkildə düşünməyə davam etməsini dəsdəkləyir. Azərbaycan eyni zamanda mühüm qaz ehtiyatlarının istismarı və bu qazın Avropalı istehlakçılara çatdırılması üçün Türkmənistana yardım əlini uzatmağa davam etməlidir. Qazaxistan nefti üçün mühüm tranzit ölkə olan Azərbaycan bu rolu oynamaqda davam edəcək. Səfir Morningstar deyib ki, gələn beş il ərzində Xəzərin şimalında neft istehsalı gündə iki milyon barrelə çatacaq ki, bu ixracat imkanlarının artırılmasını vacibləşdirir. ABŞ ümid edir ki, Azərbaycan bu neftin nəqlində irəli sürdüyü şərtlər cəhətindən etibarlı və şəffaf tərəfdaş kimi davranmaqda davam edəcək.

Bakıda keçirilən enerji sammitinin bəyannaməsində enerji istehsalçıları, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı olaraq faydalı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinə, Xəzər hövzəsindən neft və qazın dünya və Avropa bazarlarına çatdırılmasında marşrutların müxtəlifliyi siyasətinin davam etdirilməsinə səslənilib. Birləşmiş Ştatlar bu çağırışla tam razıdır.
XS
SM
MD
LG