Accessibility links

Səkkizlər qrupunun maliyyə nazirləri iqtisadi sabitliyə işarələrin olduğunu bildirir


Səkkizlər qrupunun maliyyə nazirləri öz ölkələrində iqtisadiyyatın satbiləşdiyinə dair işarələrin müşahidə edildiyini, lakin bütün dünyada maliyyə durumunun hələ də qeyri-müəyyən olduğunu deiblər.

İtaliyada iki gün sürən toplantıdan sonra bu gün açıqlanmış bəyanatda maliyyə sabitliyi qarşısında risklər hələ də qaldığı deyilir və iqtisadi artım bərpa olandan sonra da işsizlik səviyyəsinin yüksələ biləcəyi haqda xəbərdarlıq edilir.

Maliyyə nazirləri iqtisadiyyatın bərpası müəyyən olduqda stimullaşdırma tədbrilərinin necə həyata keçirilməsi üzərində düşünməyə başladıqlarını və Beynəlxalq Valyuta fondunun mümkün strategiyaları araşdırmasını istədiklərini bildirirlər.

XS
SM
MD
LG