Accessibility links

İranda Mahmud Əhmədinejadın prezident seçilməsinə beynəlxalq reaksiyalar fərqlidir


İran prezidenti Mahmud Əhmədinejadın tənqid obyekti olan İsrail seçkilərin nəticələrindən ciddi narahatlığını bildirib. İsrailin xarici işlər nazirinin müavini Denni Ayalon bu gün deyib ki, Əhmədinejadın qələbəsi İranın təhdidlərinlərinin artdığını göstərir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İrandan gələn nüvə proqramı və terrorizmə son qoymalıdır. İran mətbuatı isə yazır ki, Venesuela prezidenti Huqo Çaves Əhmədinejadı qələbə münasibəti ilə təbrik edib. İran prezidentinin müttəfiqi olan cənab Çaves ABŞ-ın başqa bir tənqidçisidir. Sabiq ABŞ prezidenti Cimmi Karter isə hesab edir ki, İranın siyasətində heç bir dəyişiklik olmayacaq.
XS
SM
MD
LG