Accessibility links

İranda islahat tərəfdarları nəzarət altına alınıb


İranın islahatçı qruplarının üzvləri bu gün prezident Mahmud Əhmədinejadın seçkilərdəki qələbəsinin rəsmən elan edilməsindən bir neçə saat sonra 10 islahat tərəfdarının nəzarət altına alındığını bildirir. Bu gün Tehranda sakitlik müşahidə edilsə də, dünən Daxili İşlər naziri Sadeq Məhsulinin Mahmud Əhmədinejadın səslərin 62 faizini əldə edərək, qələbə qazandığını elan etməsindən sonra nümayişçilərlə polis arasında toqquşma olub.

Rəsmi nəticələrə görə onun rəqibi Mir Hüseyn Musəvi səslərin 33.75 faizini əldə edib. Etiraz aksiyasının iştirakçıları "rədd olsun diktator" şüarı səsləndirib, seçkilərin nəticələrinin saxdalaşdırıldığını, Musəviyə verilən səslərin hesablanmadığını deyib.


XS
SM
MD
LG