Accessibility links

Benyamin Netanyahu İsrailin siyasətinə aydınlıq gətirdi


Birləşmiş Ştatların artan təzyiqləri altında İsrailin baş naziri Benyamin Netanyahu bu gün əsas siyasəti barədə çıxış edib. Baş naziri Netanyahu deyib ki, Həmasla müzakirələr masasına oturulmayacaq. O fələstin dövlətinin yaradılmasını, fələstinlilərin tərk-silahı və İsrailin tanındığı təqdirdə baş tuta biləcəyini deyib.

Benyamin Natanyahu Qüdsü yəhudi dövlətinin paytaxtı kimi bölünməz saxlanacağını bəyan edib. İsrail baş naziri Benyamin Netanyahu ABŞ-ın 2 əsas tələbinə dair müraciətindən öncə Kabineti toplayaraq iclas keçirib. ABŞ tələb etdiyi iki məsələ isə aşağıdakılardır: Yəhudi yaşayış mtəqələrinin inşasının dayandırılması və Fələstin dövlətinin yaranması. Cənab Netanyahunun dəfələrlə hər iki məsələyə mənfi münasibəti ABŞ-la İsrail arasında fikir ayrılığına səbəb olub.
XS
SM
MD
LG