Accessibility links

Türkiyə qüvvələri ilə kürd yaraqlılar arasında toqquşma olub


Türkiyə mətbuatının bildirdiyinə görə, ölkənin cənub-şərqində hökumət qüvvələri ilə kürd yaraqlılar arasında gedən döyüşlər nəticəsində bir əsgər və bir yaraqlı həlak olub. Bugünkü toqquşma Türkiyə qoşunları İraqla sərhəddə Hakkari vilayətində əməliyyat keçirən zaman baş verib. PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının yaraqlıları deyib ki, bu ay onlar təktərəfli sülh razılaşmasını iyulun 15-ə qədər uzadıblar. Ancaq, yaraqlılar hücuma məruz qalacaqları təqdirdə özlərini müdafiə edəcəklərini bildiriblər. PKK 1984-cü ildən Türkiyənin cənub-şərqi muxtariyyət uğrunda mübarizə aparır. Münaqişə nəticəsində 40 mindən çox insan həlak olub.
XS
SM
MD
LG