Accessibility links

Prezident Obama təklif etdiyi səhiyyə islahatlarına dəstək qazanmağa çalışır


ABŞ prezidenti Barak Obama səhiyyə xidmətləri sistemində islahatlara çağıraraq deyib ki, vəziyyət belə davam edə bilməz.

Cənab Obama bunu bu gün Çikaqoda ölkənin aparıcı tibb təşkilatı olan Amerika Tibb Assosiasiyasında görüşü zamanı deyib. O, səhiyyə xidmətləri üçün qiymətlərin iqtisadiyyat üçün təhlükəli, ailələr və biznezlər üçün artmaqda olan böyük qayğı mənbəyi olduğunu deyib.

Prezident çıxışında özəl sığorta şirkətləri ilə rəqabət apara biləcək ictimai səhiyyə proqramları haqda təklifinin dəstəklənməsinə çağırıb. O bildirib ki, bir xəstəklik nəticəsində insanların ömür boyu qənaət etdiyi maliyyə vəsaiti xərclənə bilər.

Cənab Obama Birləşmiş Ştatlarda 46 milyon insanın səhiyyə sığortası olmadığına diqqəti çəkib. Onun sözlərinə görə, həm həkimlər, həm də xəstələr üçün əlverişli səhiyyə xidmətləri sisteminə ehtiyac var.

XS
SM
MD
LG