Accessibility links

Vaşinqtondan İrandakı hadisələrə rəsmi reaksiya


ABŞ Administrasiyası İranda seçki saxtakarlığı və buna etiraz edən insanlara qarşı hücumlardan dərin narahatlığını ifadə edib.

Administrasiya bildirib ki, İranda mübahisəli seçkilərin ardından küçələrdə etirazçılara qarşı təzyiqlər və eləcə də seçki pozuntuları barədə gələn məlumatlar narahatlıq doğurmaqdadır.

“Birləşmiş Şatatlar İranda baş verənləri yaxından izləyir” – deyə Dövlət Departamentinin sözçüsü Yan Kelli əlavə edib.

Bununla yanaşı, rəsmilər deyirlər ki, Vaşinqton Tehran hökumətilə nüvə proqramı və terrorizm də daxil olmaqla bütün məsələlərdə yaxından işləmək niyyətindədir.

Administrasiya yetkililəri vitse-prezident Co Baydenin yuxarıda qeyd olunan məsələlərdə birbaşa diplomatiyanın vacibliyi barədə ötən həftəsonu səsləndirdiyi bəyanatını təkrarlayırlar.

XS
SM
MD
LG