Accessibility links

Cənubi Koreyanın prezidenti Vaşinqtona səfərə gəlir


Cənubi Koreya prezidenti Li Myunq-bak Şimali Koreyanın nüvə hədələri ilə bağlı narahatlıqları ABŞ prezidenti Barak Obama ilə müzakirə etmək üçün Vaşinqtona gəlir.

Bu gün səfərə yola düşməzdən əvvəl Seulda radio müraciətində cənab Li prezident Obama ilə qarşılıqlı təhlükəsizlik və iqtisadi artım məsələlərinin də müzakirə edəcəyini deyib.

Vaşinqtona axşam saatlarında gələcək Cənubi Koreyanın prezidentinin səfər proqramında dövlət katibi Hillari Klinton və dümafiə naziri Robert Geyts də daxil olmaqla, yüksək səviyyəli ABŞ rəsmiləriə görüşlər nəzərdə tutulub.

Onun prezident Obama ilə ilk formal görüşü sabah olacaq. Tərəflər əsasən Şimali Koreya və ABŞ-ın təhlükəsizlik zənanəti məsələlərinə nəzər yetirəcəklər.

İki liderin habelə ABŞ-la Cənubi Koreya arasında uzunmüddətli azad ticarət razılaşmasının ratifikasiyası məsələsinə toxunacaqları da gözlənilir.

XS
SM
MD
LG