Accessibility links

Mikelancelonun ilk rəsm əsəri Metropoliten muzeyində sərgiyə qoyulub


Nyu Yorkun mötəbər Metropoliten muzeyində Mikelancelonun ilk rəsm əsərlərii oldğuna inanılan iki şəkil sərgiyə qoyulub. Rəsm əsərləri muzeydə yay ayları sürəcək sərgidə nümayiş etdirilir.

Mikelancelo həm heykəltəraş, həm rəssam kimi tanınsa da, o, mərmər heykəllər yaratmağa başlamazdan öncə gözəl rəssam olub.

Onun “Müqəddəs Antoninin iztirabları” rəsmini Florensiyada təhsil aldığı zaman yaratdığı deyilir. Mütəxəsisslər inanır ki, Mikelancelo şəkli çəkəndə 12-13 yaşında olub.

Muzeyin Avropa incənəsi şöbəsinin ekspertləri rəsm əsərində gözə çarpacaq qüsurlara görə bunun Mikelancelonun ilk rəssamlıq işləri olduğunu düşünür.

XS
SM
MD
LG