Accessibility links

Argentinada üç aylıq körpə donuz qripindən həyatını itirdi


Argentinanın səhiyyə rəsmilərinin dediyinə görə, ölkədə üç aylıq bir körpənin A-H1N1 donuz qripi virusundan həyatını itirməsi ilə Cənubi Amerikada bu virusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Ancaq bu barədə məlumat verən rəsmilər körpənin virusa necə yoluxduğunu açıqlamayıblar.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, Argentinada donuz qripinə 343 yoluxma halı baş verib.

Dünyanın digər bir yerində - İordaniyada isə rəsmilər bu gün donuz qripinə ilk iki yoluxma halının qeydə alındığını xəbər verirlər. Məlumatlarda bildirilir ki, virusa yoluxmuş iki gənc qadın bu yaxınlarda xaricdən qayıdıb.

Bu arada isə Qətərin səhiyyə naziri ölkədə donuz qripinə ilk yoluxma halının qeydə alındığını elan edib.

Nazir deyib ki, xəstəliyə tutulmuş iki azyaşlı əcnəbi uşağa sözügedən diaqnoz onların Birləşmiş Ştatlar və Avstriyadan Qətərə səfər etmələrindən sonra qoyulub.

XS
SM
MD
LG