Accessibility links

Hazırda ABŞ-da 46 milyon vətəndaş sığortasızdır


ABŞ Konqresinin müstəqil mühasibat qurumunun bildirdiyinə görə, ABŞ səhiyyə xidməti sistemində islahatlara dair qanun layihəsi növbəti on il üçün bu sahəyə 1 trilyon dollar maliyyə ayrılmasını nəzərdə tutur.

Konqresin büdcə ofisinin bu gün bildirdiyinə görə, demokrat senatorlar Edvadr Kennedi və Xristofer Doddun tərtib etdiyi qanun layihəsi 39 milyon amerikalını tibbi sığorta ilə təmin edəcək.

Ancaq agentliyin bildirdiyinə görə, iş yerlərindən səhiyyə sığqotası alan 15 milyon insan bu xidmətdən məhrum ediləcək.

Digər mənbələrdən alınan sığortalar 8 faiz azalacaq.

Konqresin büdcə ofisi qeyd edir ki, məqsəd tibbi sığortası olamayn insanların sayının 16-17 milyona endirməkdir. Təxminlərə görə, hazırda 46 milyon amerikalı sığortasızdır.

XS
SM
MD
LG