Accessibility links

Mir Hüseyn Musəvinin tərəfdarları etiraz aksiyalarını davam etdirməyi planlaşdırır


Bu gün İranda prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları etiraz aksiyalarını davam etdirməyi planlaşdırır. İslahatçılar hərəkatı Daxili İşlər Nazirliyinə nümayişlərə icazə verilməsi üçün müraciət etsə də, hələ ki, aksiyaların təşkili qadağandır. Mir Hüseyn Musəvi tərəfdarlarını sabah seçkilərdən sonrakı zorakılıqlar zamanı həlak olanların xatirəsinin anılması məqsədi ilə dinc nümayişlərə və ya məsciddə toplaşmağa çağırıb.

İranın Press TV kanalının məlumatına görə, Kəşfiyyat Nazirliyi 8 adamın ölümü ilə nəticələnən qarşıdurma barədə parlamentə hesabat verib. Hesabat barədə ictimaiyyətə açıqlama verilməyib. İranın Nəzarət Şurası, onun sözləri ilə deyilsə, veb səhifələrində "gərginlik" yaradan məlumatların yayılmamamsına dair xəbərdarlıq edib. Xarici xəbər agentliklərinin reportyorları və foto-müxbirlərinə siyasi tədbirlərin işıqlandırılmasına icazə verilmir.

XS
SM
MD
LG