Accessibility links

Azərbaycan insan alveri üçün tranzit, mənbə və daşınma ölkəsi olaraq qalır




ABŞ Dövlət Departamentinin insan alverinə dair hesabatı dünyanın 175 ölkəsində ABŞ səfirlikləri və qeyri-hökumət təşkilatlarının məlumatlarına əsasən hazırlanır.

Hesabatın Azərbaycanla bağlı hissəsində Azərbaycan insan alveri üçün mənbə, tranzit ölkə olmaqla yanaşı, kişi, qadın və uşaqların məcburi əmək və seksual istismar məqsədilə məhdud qaydada gətirildiyi ölkə olduğu deyilir.

Azərbaycandan qadın və uşaqlar seksual istismar məqsədilə Türkiyə və Birləşmiş Ərəb Əmirkliklərinə, kişilər və oğlanlar isə məcburi iş üçün Rusiya aparılır. Qadın və kişilərin həmçinin məcburi iş və seksual istismar məqsədilə İran, Pakistan, Birləşmiş Ərəb Əmirkliklərinə aparıldığı qeyd edilir. Azərbaycan Moldova, Özbəkistan və Qazaxıstandan insan alveri qurbanlarının Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılması üçün tranzit ölkə kimi istifadə edilir.
Ukrayna, Moldova, Özbəkistan və Qazaxıstandan məhdud sayda qadın və kişi seksual istismar məqsədilə Azərbaycana gətirilir.

Hesabtda deyilir ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması üçün minimum standartları tam yerinə yetirmir, lakin bu sahədə böyük səy göstərilir. Lakin bütün bu səylərə baxmayaraq, hökumətin insan alveri ilə məşğul olan şəxslərin işi ilə bağlı istintaq aparılması, onların məhkum edilməsi və cəzalandırılması sahəsində inkişafa nail olduğuna dəlil yoxdur.

Azərbaycan insan alverilə mübarizə ilə bağlı yeni planı 2009-cu ilin fevral ayında qəbul edib. Lakin planda nəzərdə tutulmuş proqramlar və insan avlerilə mübarizə səyləri üçün maliyyə hələ də ayrılmayıb. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan ikinci kateqoriyaya aid edilir.

Hesabatda Azərbaycan hökumətinə tövsiyələr edilir. Bunlar hüquq-mühafizə orqanlarının insan alveri ilə məşğul olan şəxslər, o cümlədən bu işdə əli olan rəsmi şəxslər də daxil olmaqla cəzalandırılması və məhkum edilməsi sahəsində səylərinin artırılması, məhkum edilmiş traffikerlərin müəyyən müddət həbs cəzası çəkməsinin təmin edilməsi, insan alverilə mübarizə sahəsində səylərin koordinasiya edilməsi, qurbanlara yardım göstərilməsi və uşaqların müdafiə edilməsi, insan alverinin yerli qurbanlarına polis orqanlarına rəsmi ərizə vermədən yardım göstərilməsi, hüquq-mühafizə orqanları və hakimlər üçün insan alveri probleminin tanınması və qurbanlarla rəftar məqsədilə treyninq keçirilməsi.

Hesabatda göstərilir ki, Azərbaycan hökuməti insan alveri probleminin tanınması məqsədilə reklam kampaniyası keçirib. Hökumət seksual istismara dair sənədli film üçün maliyyə ayıraraq, “Məni qoru” adlı film çəkib. Film bir neçə telekanal vasitəsilə yayımlanıb. Sənəddə göstərilir ki, hökumətin maliyyəşdirdiyi insan alverinə qarşı qaynar telefon xətti daha təsirli olub.


XS
SM
MD
LG