Accessibility links

ABŞ Konqresi Irandakı siyasi vəziyyəti yaxından izləyir


İranda mübahisəli prezident seçkilərindən sonra minlərlə insanın küçələrdə keçirdikləri etiraz aksiyalarının xarici media tərəfindən işıqlandırılmasının yasaqlanması Birləşmiş Ştatlar qanunvericiləri tərəfindən hiddətlə qarşılanır. Nümayəndələr Palatasının Texas ştatından demokrat nümayəndə Şeyla Cəkson Li İranda keçirilən seçkilərin nəticələrinin İran xalqının iradəsini əks etdirmədiyini deyib.

Nümayəndələr palatasının Nyu Yorkdan olan digər demokrat üzvü Karolin Meloni İranda baş verən zorakılıqlar və ölüm hadisələrinə toxunaraq, İran hökumətinin səsvermənin nəticələrini yenidən hesablayacağına ümid etdiyini deyib.

Prezident Obamanın siyasətini tənqid etməkdə davam edən Respublikaçılar isə prezidentin İranda etiraz nümayişləri keçirənlərə dəstəyinin lazımi qədər güclü olmadığını deyirlər. Onlar dünyanın Çində Tianenmən meydanında baş verənlərin Tehranda təkrar edildiyinin şahidi olduğunu və Obama administrasiyasının seçkinin nəticələrinə öz etirazını bildirməli olduğunu deyirlər.

Respublikaçı senator Con Makkeyn isə bir telekanala verdiyi müsahibəsində onun partiyasının Obama administrasiyasına çağırışını təkrar edib. Digər Respublikaçı senator Riçhard Lugar isə Ağ Evin mövgei ilə razılaşdığını deyib.

XS
SM
MD
LG