Accessibility links

NATO komandiri alyansın Kosovoda əsgərlərin sayını kəskin azaldacağını deyir


NATO qüvvələrinin cənub-şərqi Avropada baş komandanı Kosovoda vəziyyətin sabitləşdiyini və alyansın iki ərzində bu ölkədə əsgərlərin sayını kəskin azaldacağını bildiirb.

ABŞ admiralı Mark Fitzcerald bu gün Priştinada müxbirlərə deyib ki, Kosovoda sınaqlar haızrda hərbi xarakter daşımır və daha çox mülki ıolis və məhkəmələr vasitəsilə həll edilə bilər. O, alyansın gələn iki il ərzində alyansın əsgərlərin sayını hazırda 14 mindən 2 min 500 nəfərə qədər azaltmağı planlaşdırdığını deyib.

NATO-nun müdafiə nazirləri keçən həftə əsgərlərin sayının 10 min nəfərə çatırılması qərarını təsdiq ediblər. Avropa Birliyi polisi və ədliyyə missiyası hazırda Kosovo polisinə ölkədə təhlükəsizliyin təmin edilməsi məqsədilə yardım göstərir.

XS
SM
MD
LG