Accessibility links

Pakistan raket hücumlarında ABŞ ordusunu ittiham edir


Pakistanın kəşfiyyat rəsmiləri ölkənin şimal-qərbində Birləşmiş Ştatların raket hücumu nəticəsində 9 nəfərin həlak olduğunu bildiriblər. Rəsmilər ABŞ ordusunun Pakistanın Əfqanıstanla sərhəddəki Cənubi Vəziristan regionunun iki kəndinə azı 4 raket atdığını deyirlər. Keçən ilin ortalarından bəri Pakistan hökuməti Birləşmiş Ştatların pilotsuz təyyarələrinin xalqın narazılığına səbəb olan 30-a yaxın raket atdığını deyirdilər. Cənubi Vəziristan regionunda bir çox Əl-Qaidə və Taliban liderlərinin məskunlaşdığına inanılır.

XS
SM
MD
LG