Accessibility links

ABŞ-la İsrailin yəhudi yaşayış məntəqələrinin inşasının genişləndirilməsinə dair mövqeləri fərqlidir


ABŞ-la İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasının genişləndirilməsinə dair mövqeləri fərqlidir. Bu, ABŞ-ın dövlət katibi Hillari Klintonun İsrailin xarici işlər naziri Aviqdor Libermanla Vaşinqton görüşündə bir daha biruzə verdi, baxmayaraq ki, tərəflər ölkələr arasında münasibətlərin dərinliyini önə cəkdilər. Dövlət katibi Obama administrasiyasının inşaatın dondurulmasına dair mövqeyini bir daha dilə gətirərək, bunun regionda əhatəli sülhün bərqərar edilməsində mühüm amil olduğunu dedi. Xanım KlintonFələstin dövlətinin təşkilini də sülhün ayrılmaz hissəsi adlndıraraq, bunun İsrailin təhlükəsilik məqsədlərinə zidd olmadığını bildirdi.İsrailin xarici işlər naziri Avidor Liberman isəinşaat prosesinin tamamilə dayandırılmasının qeyri-mümkün olduğunu bildirdi və dedi ki, hər bir normal icmanın böyüməsi ailə və uşaq sahibi olmaqla mümkündür. Baş nazir Benyamin Netanyahunun Sağ Cinah partiyasının sərt-xətt tərəfdarı olan Liberman Vaşinqton səfəri zamanı ABŞ qanunvericiləri və Milli Təhlüükəsizlik müşaviri ilə görüşüb.
XS
SM
MD
LG