Accessibility links

Avropa Birliyi Rusiyanın Gürcüstanda BMT-nin missiyasına veto qoymasını təəssüflə qarşılayıb


Avropa Birliyi Rusiyanın BMT Təhlükəsizlik Şurasının Gürcüstanda müşahidəçi missiyasının vaxtının uzaldılmasına dair qətnaməsinə veto qoyması qərarı ilə bağlı təəssüfünü bildirir.

Birliyin rotasiya üzrə prezidentliyini icra edən Çex Respublikasının açıqladığı bəyanatda deyilir ki, missiya etibar yaradılması işində müvəffəq olmaqla yanaşı, Gürcüstan və bütün regionda sabitliyin gücləndirilməsində güclü bir vasitədir. Burada qeyd edilir ki, missiyanın vaxtının uzadılmaması regionda yaranmış vəziyyəti bir az da mürəkkəbləşdirəcək və bu qərar münaqişə zonasında mülki əhalinin maraqlarına xidmət etmir.

Rusiya qətnamə layihəsinə bazar ertəsi veto qoyaraq, sənəddə missiyanın mandatı ilə bağlı Gürcüstana istinadların çıxarılmasını tələb edib. Moskva bu istinadların Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın bir hissəsi olduğunu göstərdiyini deyərək, bu regionların hazır müstəqil ölkələr olduğuna təkid edib.


XS
SM
MD
LG