Accessibility links

Avropa İttifaqı İran hökumətinin aksiyalara cavabına dair ciddi narahatlığını ifadə edib


Avropa İttifaqının liderləri İran hökumətinin prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarına cavabına dair ciddi narahatlıqlarını ifadə edib. Qurumun bu gün açıqladığı birgə bəyanatında hökumət azad toplaşma və insanların dinc şəraitdə ifadə azadlığı hüquqlarına imkan yaradılmasına çağırılır.

Böyük Britaniyanın baş naziri Qordon Braun İrandakı zorakıqlar və mətbuata qarşı təzyiqləri pisləyərək deyib ki, İran rəsmiləri bu yolla seçkilərin saxtalaşdırıldığını nümayış etdirir. Almaniya kansleri Angela Merkel baş verənləri məyusedici adlandırıb.

Qərb liderləri seçki mübahisələrinin İranın daxili məsələsi olduğunu deyərək, indiyədək ehtiyatlı reaksiyalar verib. ABŞ rəsmiləri İranın siyasi məsələlərinə müdaxilə etmək istəmədiklərini, lakin insanların dinc nümayiş hüquqlarını dəstəklədiklərini bildirirlər.


XS
SM
MD
LG