Accessibility links

ABŞ Havay adaları ətrafında müdafiə sistemini möhkəmləndirib


ABŞ hərbçilərinin bildirdiyinə görə, Vaşinqton Şimali Koreyanın Sakit Okean istiqamətində raket buraxacağı barədə məlumatlardan sonra Havay adaları ətrafında müdafiə sistemini möhkəmləndirib.

ABŞ müdafiə naziri Robert Qeyts deyib ki, Birləşmiş Ştatlar özünü müdafiə etmək üçün lazımi addımlar atır.

Dünən Yaponiyanın Daily Yomiuri qəzeti Şimali Koreyanın iyulun əvvəllərində Havay adaları istiqamətində uzaqmənzilli ballistik raket buraxacağı barədə məlumat yayıb.

Jurnalistlərə açıqlamasında ABŞ müdafiə naziri Geyts Şimali Koreyanın mümkün raket hücumunun qarşısını almaq üçün Havay adalarında raket qəbuledici və radar sistemlərinin yerləşdirilməsi haqda göstəriş verib.

Nazir deyib ki, Vaşinqton Şimalın raket sınağına hazırlaşmasını yaxından izləyir.

XS
SM
MD
LG