Accessibility links

<!-- IMAGE -->

İyunun 12-də İranda keçirilən prezident seçkilərində Mahmud Əhmədinejadın seçkilərdə çox səslə qələbə çaldığı və ikinci dəfə prezident seçildiyi elan edildi. Onun rəqibi Mir Hüseyn Musəvi seçkilərin saxtalaşdırıldığını bildirib. Ali dini rəhbər ayətullah Xamenei Nəzarət Şurasına seçkilərdə saxtakarlıq edildiyi bardəki iddiaların 7-gündən 10 günə qədər yoxlanılması barədə sərəncam verib.

Bu arada Musəvi və Əhmədnijadın minlərlə tərəfdarları küçələrdə dinc nümayişlər təşkil ediblər . Nümayişçilərin bəziləri polis və təhlükəsizlik qüvvələrilə toqquşub.

Prezident Obama qeyd edib ki, İranda seçkilərin nəticələrini dəyərləndirmək müşküldür. Buna səbəb beynəlxalq müşahidəçilər tərəfindən seçkilərin gedişinin izlənməməsidir. Cənab Obama deyib ki, İran seçkilərinin nəticələrinin ciddi olaraq yoxlanılmasına ehtiyac var: “Mən əminliklə deyə bilmərəm ki, seçkilərdə nə baş verib. Lakin onu deyə bilərəm ki, belə görünür ki, səverməyə ümidlə baxan, prosesdə iştirak edən, və demokratiyaya sadiq olan insanlar özlərini aldadılmış hiss edirlər. Zənnimcə indi mühümdür ki, irəliyə doğru gedərkən araşdırmalar elə bir yolla aparılmalıdır ki, bu qan axıdılması və öz fikirlərini ifadə edən insanların susdurulması ilə nəticələnməsin.”

Prezident Obama deyib ki, Birləşmiş Ştatlar İranla təmas qurmaq üçün yolların axtarılıb tapılmasını davam etdirəcək. Bunun üçün Amerikanın milli təhlükəsizliyinə aid bir sıra məsələlərə illüziyasız ciddi diplomatıyadan istifadə edəcək: “ Biz xüsusilə Yaxın Şərqdə İranın təkan verdiyi nüvə silahları yarışını görməmək, onun bu silahları əldə etməməsi və terrorçuluğu ixrac etməyəcəyindən əmin olmalıyıq. Bunlar Birləşmiş Ştatların marağı üçün əhəmiyylidir. Lakin zənimcə bunlar xüsusilə bütün sülhsevər dünya üçün zəruridir.
Lakin prezident Obama deyir: “Bu son bir neçə gün ərzində televiziya ekranında gördüklərim haqda sussaydım yalnış bu yanlış olardı. Siyasi prosesdə bu qədər ümid, enerji və nikbinlik sərf edən insanlara nə deyə bilərəm. Seçkilərin yekun nəticələrinə baxmayaraq dünya onların iştirakından ruhlanır və onlar

XS
SM
MD
LG