Accessibility links

Pakistan ordusu yaraqlılara qarşı əməliyyatlarını davam etdirir


Pakistan ordusu Taliban yaraqlılarını ölkənin şimal-qərb bölgələrindən sıxışdırıbçıxarmaqkampaniyasını davam etdirir. Rəsmilər hərbçilərin qəbilələrin yaşadığı Cənubi Vəziristanın Sarvaki şəhəri yaxınlığında əsas yolu təmizləmək məqsədi ilə apardıqları əməliyyatlar zamanı azı 32 yaraqlının öldürüldüyünü deyirlər. Ölənlərin sayıbarədə məlumat dərhal təsdiq edilməyib.

Bu gün Əfqanıstanla sərhəddə həyata keçirilən hərbi hava əməliyyatlarında isə əsas məqsəd Pakistandakı Talibanların lideri Beytulla Məsudu hədəf almaq olub.


XS
SM
MD
LG