Accessibility links

Kərkük şəhəri yaxınlığındakı məscidə hücum həyata keçirilib


Iraq polisi bildirir ki, nahar namazından sonra Kərkük şəhəri yaxınlığındakı məscidə yük maşınının hücumu nəticəsind azı 46 nəfər həlak olub, 170 nəfərdən çox adam yaralanıb. Təxminən 25 evin dağıldığı bildirilir. Səhiyyə rəsmilərinin dediyinə görə, həlak olanlar arasında qadın və uşaq da olub. Xilasetmə işləri hələ də davam etdirilir. Hələ ki hücumun məısuliyyətini öz üzərinə götürən olmayıb. Hücum Amerika hərbi qüvvələrinin İraq şəhərlərindən çıxarılmasından 10 gün əvvələ təsadüf edir. Iraqda ötən bir il ərzində zorakılıqların sayının azaldığı deyilsə də, rəsmilər xəbərdarlıq edirlər ki, üsyançılar təhlükəsizlik güvvələrinə etimadı azaltmaq üçün hücumlarını artıracaqlar.

XS
SM
MD
LG