Accessibility links

ABŞ administrasiyası Nümayəndələr Palatasının  İranda nümayişlərin dağıdılmasını pisləyən qətnaməsini alqışlayıb


Prezident Obamanın administrasiyası Nümayəndələr Palatasının İranda hökumət əleyhinə təşkil edilən nümayişlərin dağıdılmasını pisləyən qətnaməsini alqışlayıb. Nümayəndələr Palatası İranda Mübahisəli prezident seçkilərdən sonra, İran hökumətinin nümayışçilərə qarşı istifadə etdiyi zorakılıq ölçülərini ciddi bir şəkildə qınayan qətnamə qəbul edib. Daha sonra Senatda buna oxşar qətnamə qəbul edib. İranı qınayan qətnaməni konqresə Respublikaçılar təqdim etmişlər. Respublikaçılar prezident Obama idarəsini İran hökumətinin nümayışçilərə qarşı həyata keçirdiyi ölçüləri lazımı qədər pisləmədiyini tənqid ediblər. İran hökuməti həmçinin internetdən və mobil telefonlardan istifadə edilməsini qadağan edib. Ağ evin sözçüsü Robert Gibbs müxbirlərə deyib ki, qətnamə prezident Obamanın dediklərini açıq olaraq bəyan edib.Prezident Obamanın idarəsi İrandakı vəziyyətə çox ehtiyatla yanaşıb ancaq nümayişçilərin hüquqlarını dəstəkləib. ABŞ sənatı da nümyəndələr palatasının qəbul etdiyi qətnaməyə oxşayan bir qətnaməni qəbul edib. Tövsiyyə mahiyyəti olan bu qətnamələr İran xalqıyla həmreylik nümayiş etdirir və onların tətbiqi məcburi deyil. Bu arada Avropa Birliyi də İran hökumətini vətəndaşlarının hüquqlarına hörmət etməy çağırı

XS
SM
MD
LG