Accessibility links

Dünyanın hər tərəfində təşkil edilən aksiyalarda minlərlə adam İranda nümayiçilərlə həmrəyliyini bildiriblər


İran diasporaları son günlərdə Washington, Nyu Yok, Los Angeles, Miami, London, Stokholm, Haaqa, Paris, Küvet, Dubai, Kuala Lampur və başqa şəhərlərə nümayiş keçirib seçki nəticələrinə etirazlarını bildiriblər. Nyu Yorkda İranın BMT-dəki misiyası qarşısında, Washinqtonda, İranın maraqlarının təmsil edildiyi diplomatik obyektin yaxınlığında İran bayraqları və yaşıl rənqli bəzəklər dalğalandıran nümayişçilər İran rəhbərliyini xalqın iradəsini qəbul etməyə yeni seçkilər keçirməyə çağırırıblar.

Nümayişlərdə üzərində “Mənim səsim haradadır” yazılmış plakatlar xüsusi ilə diqqəti cəlb edib. Vətənlərindən kənardea yaşayan İralılar İranda seçkilərin nəticələrinə etiraz edən yüzminlərlə həmvətənlilərinə qoşulublar.Parisdəki nümayişin iştirakçılarından biri seçkilərdən bəri davam edən nümayişlər ölkədəki siyasi quruluşda əsaslı dəyişikliklərə gətirib çıxardacaq. O söyləyib ki, bunun nə qədər vaxt aparacağını söyləmək çətindir ancaq bu İranda ciddi dəyişikliklər üçün irəli doğru atılmış ciddi bir addımdır.

Parisdə keçirilən nümayişlərin başqa bir iştirakçısı isə deyib ki, İran əhalisi 30 ildən çoxdur dəyişiklik, demokratiya, azadlıq istəyir. Hakimiyyətdəki yırtıcı rejim bunu başa düşməkdən çox uzaqdır. İnsanlar daha yaxşı həyat şəraiyi istəyir. Parisdə yaşayan İranlı şərhçi Ardavan Əmr Aslani deyir ki, diaspora siyasi cəhətdən parçalanmış vəziyyətdə olsa da onları birləşdirən yeqanə şey nümayişlərdir.

XS
SM
MD
LG