Accessibility links

İraqda intiharçı hücumu nəticəsində 72 insan həlak olub


İraq polisi və xilasetmə briqadaları dünən intiharçı bomba hücumu zamanı məscid və yaxınlıqladakı evlərin dağıtıları altında cəsədlərin və sağ qala bilən insanları axtarır.

İraqın şimalında Kərkük şəhəri yaxınlığında şiələrin məscidində baş vermiş hücum zamanı azı 72 nəfər həlak olub, təxminən 200 nəfər yaralanıb.

Hücum ABŞ hərbi qüvvələrinin İraqın böyük şəhərlərindən çıxarılması planlaşdırılan müddətdən 10 gün əvvəl baş verir.

İntiharçı əsas etibarilə türkmənlərin yaşadığı Taza şəhərində insanların günorta namazından sonra məsciddən çıxdığı vaxt yük maşınında partlayıcıları iə salmışdı. Ətrafdakı onlarla ev partlayış nəticəsində dağılmışdır. Ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Hələləik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG