Accessibility links

Əfqanıstanda ABŞ hərbi qüvvələrinin əsas bazasında hücum zamanı iki əsgər həlak olub


NATO ABŞ –ın Əfqanıstandakı əsas hərbi bazasında hücum zamanı iki əsgərin həlak olduğunu, altı nəfərinsə yaralandığını bildirir.

Baqram hərbi bazası paytaxt Kabildən şimalda Kapisa vilayətində yerləşir. NATO-nun açıqladığı bəynatda deyilir ki, Baqramda hücum zamanı yaralananlara tibbi yardım göstərilir. Alyans həlak olan əsgərlərin milliyyəti haqda məlumatı açıqlamayıb.

NATO-nun bu gün ayrı bir bəyanatında isə ölkənin şərqində yerləşən Kunar vilayətindən dünən üç əfqanın və 17 nəfər başqa adamın həlak olduğu bildirilir.

Burada deyilir ki, onlar Əfqanıstanın Milli ordusunun qərargahı atəşə tutulan zaman həlak olublar.

XS
SM
MD
LG