Accessibility links

Qərb ölkələri seçkidən sonra zorakılıqlara təşviq etməklə bağlı İranın iddialarını rədd edir


Britaniya İran hökumətinin qərb ölkələrinin İranda seçkidən sonra zorakılıqlara təşviq etmək haqda iddialarını rədd edib. Britaniyanın Xarici İşlər naziri Deyvid Milibend deyib ki, o, xarici ölkələrin İranda nümayişlərə təsiri olduğu fikrini qəti şəkildə rədd edir.

İran hökuməti Britaniyanın yayım şirkəti BBC-nin Tehranda daimi müxbirini BBC və Amerikanın səsi şirkətlərini seçkidən sonra iğtişaşlara təşviq etməkdə ittiham etdikdən sonra ölkədən çıxarıb.

Amerikanın səsi yayım şirkətinin direktoru Den Ostin İranın ittihamlarını rədd edərək deyib ki, Ameriknın səsi İran xalqını xəbərlər və dəqiq, ətraflı və düzgün informasiya ilə təmin üçün böyük iş aparır. O həmçiin İran hökumətini azad informasiyanın xalq çatdırılmasına mane olmamağa çağırıb.

XS
SM
MD
LG