Accessibility links

Beynəlxalq ictimaiyyət İran hökumətinin seçkidən sonrakı aksiyalarını tənqid etməkdə davam edir


Qərb liderlərinin tənqidlərinə qoşulan Almaniya kansleri Angela Merkel İranda vətəndaş azadlıqlarının müdafiəsinə səslədi. “İnsan hüquqları və vətəndaş hüquqları bir-birindən ayrılmazdır, buna görə də Almaniya İranda söz azadlığı və toplaşmaq hüququndan istifadə etmək istəyən xalqın tərəfində durub nümayişləri müdafiə edir. Mən İran liderlərindən dinc nümayişlərin keçirilməsi və hadisələrin azad şəkildə işıqlandırılmasına icazə verməyi, nümayişçilərə qarşı zorakılıqları dayandırmağı və həbs edilmiş insanların azad edilməsini tələb edirəm. “

Xanım Merkel İranda prezident seçkilərində səsvermə zamanı mübahisələrə səbəb olmuş səslərin yenidən hesablanmasına çağırıb.

Rəsmi nəticələr prezident Mahmud Əhəmədinejadın böyk səs çoxluğu ilə yenidən seçildiyini göstərir.

İranın Xarici İşlər naziri Mənuçehr Möttəki qərbin tənqidlərini qınayaraq, qərb hökumətlərini onun ölkəsində iğtişaşları təşviq etməkdə ittiham edib. Buna cavab olaraq, Britaniyanın Xarici İşlər naziri Deyvid Milibend deyib ki, o, xarici ölkələrin İranda nümayişlərə təsir göstərdiyinə dair iddiaları qəti şəkildə rədd edir.

Bu arada, Tehran rəsmiləri keçmiş prezident Haşimi Rəfsəncaninin böyük qızı Faizə Rəfsəncaninin həbs edildiyini bildiriblər. Faizə Rəfsəncani keçən həftə prezidentliyə namizəd Mir Hüsyen Musəvinin tərəfdarlarının mitinqində çıxış edib. İslahatçı namizəd Mir Hüseyn Musəvi iyunun 12-də keçirilmiş prezident seçkilərin zamanı pozuntuların olduğunu iddia edərək yeni seçkilərin keçirilməsinə çağırıb.

Keçən həftənin şənbə günü Tehranda nümayişçiər və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Minlərlə insan Ali ruhani lider Ayətulla Əli Xamaneinin mübahisəli seçkilərlə bağlı nümayişlərin qarşısının alınması haqda xəbərdarlığına baxmayaraq küçə yürüşləri keçirib. Dünya ölkələrinin xəbər agentlikləri xarici müxbirlər ölkədən çıxarıldığı, ya da mehmanxanadakı otaqlarında qapanıb qalmalı olduqları üçün baş verənlər haqda İran paytaxından adi vətəndaşların göndərdiyi məlumatlar, foto-şəkilllər və videolar vasitəsilə məlumat alır.

Dünyanın bir sıra ölkələrində İranda nümayişlərə dəstək bildirilir. Nümayişə çıxanların çoxunun İranda qohumları var.

Nümayişlər ABŞ-ın bir sıra ştatlarında da keçirilib.

ABŞ prezidenti Barak Obama İranda vəziyyətlə bağlı ciddi bəyanat verdi. Cənab Obama İran hökumətini öz xalqına qarşı zorakılıqları və ədalətsiz hərəkətləri dayandırmağa çağıraraq bildirdir ki, Birləşmiş Ştatlar azad toplaşmaq və söz azadlığı kimi fundamentl hüquqlarından istifadə etmək istəyənlərin tərəfində dayanır.

XS
SM
MD
LG