Accessibility links

İnquşetiya prezidenti sui-qəsd nəticəsində ağır yaralanıb


Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən İnquşetiya Respublikasının prezidenti Yunus-Bek Yevkurovun avtomobil karvanı intiharçı bombaçının idarə etdiyi maşına çırpılması nəticəsində, prezident ağır yaralanıb.

Rəsmilər deyirlər ki, hadisə ölkənin ən iri şəhərlərindən olan Nazranda baş verib. Yevkurovun avtomobil karvanı bu səhər şəhərdən keçməklə işə aparırdı.

Prezident özu xilas olsa da, azı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb

Rəsmilər deyirlər ki, Yevkurov ciddi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin onun həyatının təhlükədə olmadığı bildirilir.

Bununla yanaşı, Rusiyanın İtar-Tass agentliyinin bildirdiyinə görə, prezidentun Moskvada mülicə etmək qərarı çıxarılıb.

Rusiya prezidenti Dmitri Medvedev bu günkü hücumu terakt adlandırıb.

XS
SM
MD
LG