Accessibility links

Bu gün İraqın müxtəlif bölgələrində zorakılıqlar davam edib


Iraq rəsmiləri ölkənin müxtəlif bölgələrində həyata keçirilən bomba partlaylşları nəticəsində azı 26 nəfərin həlak olduğunu bildirirlər. Polisin bildirdiyinə görə Bağdaddakı Əbu Qreyb hərbi ofisləri yaxınlığında həyata keçirilən intiharçı hücumu nəticəsində azı 7 nəfər ölümüş, 13 nəfər yaralanmışdır.Sədr şəhərinin şiələrin yaşadığı məhəlləsində mikro-avtobus dayanacağının yaxınlığında yol kənarına yerləşdirilmiş bomba parlayışı zamanı isə 3 şagirdin öldüyü xəbər verilir. Bağdadın Şaab məhələsində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində 3 nəfər həlak olmuş, 30 nəfər yaralanmış, Karrada məhəlləsində isə maşına yerləşdirilmiş bomba partlayışı 5 nəfərin ölümünə səbəb olmuşdur.


XS
SM
MD
LG