Accessibility links

İranın Nəzarət Şurası prezident seçkilərinin nəticələrini ləğv etməyəcək


İran mətbuatının yazdığına görə, Nəzarət Şurası prezident seçkilərinin nəticələrini ləğv etməyəcək. Belə ki, səsvermə zamanı hər hansısa ciddi saxtalaşdırma qeydə alınmayıb. Şuranın sözçüsü Abbas Əli Kədxudainin bildirib ki, saxtakarlıq faktlarına seçkilər zamanı deyil, ondan əvvəl yol verildiyi aşkar edilib.

Bu gün İran parlamenti ikinci dəfə prezident seçilən Mahmud Əhmədinejadın andiçmə mərasiminin iyun ayının 26-ı ilə avqust ayının 19-u arasında təşkil ediləcəyini elan edib. İranın Daxili İşlər Nazirliyinin seçki qərargahının direktor müavini isə səsvermə qutularının hər birində olan bülletenlərin sayı barədə məlumat veriləcək.


XS
SM
MD
LG