Accessibility links

Barak Obamanın İranla bağlı mövqeyi tənqid edilir


ABŞ rəsmiləri prezident Obamanın Irandakı seçki böhranına münasibətini müdafiə edib. Belə ki, tənqidçilər ABŞ prezidentini məsələyə dair ciddi mövqe nümayiş etdirməməkdə ittiham edib.

ABŞ prezidentliyinə sabiq namizəd, respublikaçı senator Con Makkeyn prezident Obamanın məsələyə çox az diqqət ayırıdğını deyib. O, prezidentin mövqeyini Amerikanın təməl prinsiplərinə xəyanət kimi qiymətləndirib.

Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, iranlılar Amerikanın mövqeini daha qabarıq görmək istərdi, lakin prezident bunu lazımsız hesab edir. ABŞ dövlət katibinin müavini Ceyms Steynberq Barak Obamanın tənqidləri ilə razılaşmadığını deyərək, Konqresin respublikaçı və demokrat üzvlərinin prezidentin qərarın iranlıların verməli olduğuna dair fikrinə dəstək verdiyini bildirib.

XS
SM
MD
LG