Accessibility links

Ayətulla Xameneyi seçki nəticələrinin ləğv olunmayacağını deyir


İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi deyir ki, İran seçkisonrası etiraz aksiyalarından qaynaqlanan təzyiqlərə boyun əyməyəcək. Xameneyi bu bəyanatı Nəzarət Şurası seçki nəticələrini ləğv etməkdən imtina etdikdən bir gün sonra verib, hərçənd ki, 50-ə yaxın dairədə saxtakarlıq halları aşkar edilib. ABŞ prezidenti Barak Obama səsvermənin legitimliyi haqda “böyük sualların” olduğunu deyib. Həmin səsvermə nəticəsində prezident Mahmud Əhmədinejad əksər səslə qələbə qazanmışdı. İnternetdə yayılan elanlarda bu gün İran parlamenti qarşısında nümayişə çağrılıb. İranın elitar İnqiliab Keşikçiləri Qvardiyası xəbərdarlıq edib ki, nümayişləri dağıtmaq üçün zordan istifadə edəcək. Bu arada məğlub olmuş namizəd Mir Hüseyn Musəvinin yardımçısı xəbər verib ki, polis sabiq baş nazirə məxsus qəzetin ofisinə reyd keçirərək 25 nəfəri həbs edib.
XS
SM
MD
LG