Accessibility links

ABŞ və Rusiya silahların yayılmamasına dair yeni müqavilə ətrafında danışıqlar aparır


Birləşmiş Ştatlar və Rusiya bu gün Cenevrədə nüvə arsenalının azaldılmasına dair danışıqları bərpa ediblər. Tərəflər strateji silahların azaldılmasına dair Soyuq Müharibə dövründən qalmış müqavilənin yenisi ilə əvəz edilməsi haqda rəsmi danışıqların üçüncü turunu başa çatdırmalıdır. Danışıqlar prezident Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev arasında gələn ay zirvə görüşündən öncə keçirilir. Dövlət başçıları bu ilin əvvəli dekabrın 5-i müddəti bitəcək müqavilənin yenisi ilə əvəz edilməsi haqda danışıqlar aparmağa razı olublar. Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın mərkəzi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planları yeni razılığın əldə edilməsi qarşısında maneə ola iblər. Lakin Vaşinqton açıq bəyan edib ki, yeni razılıq və raketlərdən müdafiə sistemi planları arasında heç bir əlaqə yoxdur.

XS
SM
MD
LG