Accessibility links

İran Britaniya ilə münasibətləri yenidən nəzərdən keçirir


İranın Xarici İşlər naziri Mənuçehr Möttəki Tehranın Londonla münasibətləri yenidən nəzərdən keçirdiyini bildirib. Bu həftənin əvvəli İran parlamentinin spikeri Əli Laricani qanunvericiləri İran və

Britaniya arasında münasibətlərə yenidən nəzər salmağa çağırmışdı. İran Britaniya və digər qərb ölkələrini seçkidən sonra iğtişaşlara təşviq etməkdə ittiham edir. Dünən Britaniya İranın iki Britaniya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq iki iranlı diplomatı ölkədən çıxardığını bildirib.

Baş nazir Qordon Braun partlamentdə deyib ki, İranın bu qərarı çıxarmasına bəraət qazandırmaq olmaz və Britaniyanın İranın daxili işlərinə qarışması iddiaları tamamilə əsassızdır. O bildirib ki, Britaniya iki iranlı doplomatı ölkədən ətəssüf hissi ilə çıxarır.


XS
SM
MD
LG