Accessibility links

ABŞ-la Çin arasında iki günlük hərbi danışıqlar başa çatıb


Çin və ABŞ orduları dənizdə qarşıdumarların və artan gərginliklərin qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər. Məsələ son 18 ayda tərəflər arasında keçirilən ilk hərbi danışıqların mərkəzində olub. Müzakirələr iki tərəf arasında baş vermiş bir neçə hadisədən sonra keçirilir. Bu hadisələrə Çin hərbi dəniz gəmisinin toqquşması və günəş qurğusunun ABŞ hərbi gəmisi tərəfindən evakuasiya olunması daxildir. İki günlük danışıqların sonunda ABŞ-I təmsil edən müdafiə nazirinin müavini Mişel Florni jurnalistlərə bildirib ki, Çin və ABŞ iyul ayında dəniz qarşıdurmalarının qarşısının alınmasına müzakirə etmək üçün xüsusi məsləhətləşmələr keçirəcək. Çinin nümayəndə heyətinin rəhbəri Genereal Leytenant Ma Xiatian isə çətinliklərə baxmayaraq Çin-Amerika münasibətlərinin inkiaf etdiriləcəyinə ümid bəslədiyini deyib.
XS
SM
MD
LG