Accessibility links

Qlobal maliyyə sistemində islahatlara dair konfrans işini davam etdirir


BMT-nin baş katibi Pan Gi Mun Böyük Səkkizləri inkişaf etməkdə olan ölkələrə yardım vədlərinə əməl etməyə və yardıma ehtiyac duyulduğu vaxt onları kəsməməyə çağırıb. Baş katibin bu çağırışları BMT-nin Nyu-Yokrdakı baş qərargahında 142 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən qlobal maliyyə sistemində islahatlar konfransında səslənib. Pan Gi Mun deyib ki, qlobal maliyyə böhranı, iqlim dəyişikliyi və yoxsulluğun təsirləri getdikcə artmaqdadır. Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bildirdiyinə görə, hazırkı durum son 60 ildə ən dərin tənəzzül hesab edilir. Tədbirə qatılan inkişaf etməkdə olan ölkələr BMT-nin qlobal maliyyə sistemində rolunun artırılmasına çağırır. Konfrans iştirakçıları BMT-nin bu sahədəki islahatlarda nə kimi rol oynaya biləcəyi, habeləinkişaf etməkdə olan ölkələrə yardım mexanizmini müzakirə edir.

XS
SM
MD
LG