Accessibility links

Prezident Obama ilə Almaniya kansleri Angela Merkel İranda baş verənləri pisləyir


ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angella Merkellə birgə İranda hökumət qüvvələrinin nümayişçilərə qarşı zor işlətməsini pisləyib. Ağ Evdə xanım Merkellə birlikdə mətbuat konfransı keçirən prezident Obama bildirib ki, İran xalqının azad şəkildə toplaşma və öz fikirlərini ifadə etmək hüququ var. Xanım Merkel isə bildirib ki, iranlıların öz səslərinin düzgün hesablanmasını tələb etməyə ixtiyarı çatır.

Cənab Obama əlavə edib ki, şübhəsiz İranda seçkisonrası baş verən hadisələr ABŞ-la İran arasındakı birbaşa dialoqa təsir göstərəcək.Eyni zamanda o bildirib ki, nüvə proqramı ilə əlaqədar İranla beynəlxalq müzakirələr davam edəcək.

XS
SM
MD
LG