Accessibility links

Boris Berezovski yenidən məhkum edildi


Moskvada məhkəmə mühacirətdə yaşayan milyarder və Kreml tənqidçisi Boris Berezovskini pul mənimsəmək ittihamı ilə 13 il azadlıqdan məhrum edib. Məhkəmənin tapıntılarına görə Berezovski 1990-cı illərdə Avtovaz və Loqovaz avto-şirkətlərindən 2 milyon dollar oğurlayaraq Rusiya ictimai televiziyasında və ev bazarında səhmlər alıb. Prokurorlar hazırda Londonda yaşayan maqnat üçün 15 il həbs cəzası istəyirdilər. Ötən il Berezyovski Aeroflotdan 9 milyon dollar oğurladığına görə məhkum edilmişdi. Rusiya dəfələrlə Berezovskinin həbsi varədə qərar çıxarıb və onun Britaniyadan təhvil verilməsini tələb edir. Berezovski bu ittihamları siyasi motivli adlandırır.
XS
SM
MD
LG