Accessibility links

Türkiyənin sabiq prezidenti intihar edə biləcəyini deyir


1980-ci ildə Türkiyədə hərbi çevrilişə rəhbərlik etmiş general həbs olunacağı təqdirdə intihar edəcəyini bildirib. Sabiq Türkiyə prezidenti Kənan Evrən bu sözləri bu gün “Hürriyət” qəzetinə müsahibəsində deyib. Türkiyənin əsas siyasi partiyalarının üzvləri bu həftə Konstitusiyada çevriliş liderlərinin həbsinə qadağa qoyan maddənin dəyişdirilməsi barədə danışıqlar aparır. 1980-ci il hərbi çevrilişi Türkiyə tarixində 3-cü və sonuncu çevriliş olub. Buna baxmayaraq hazırda rəsmilər hakim Ədalət və İnkişaf Partiyası hökumətinə qarşı hərbi çevriliş cəhdləri ilə bağlı təhqiqat aparırlar.
XS
SM
MD
LG