Accessibility links

ABŞ ordusunun İraqdan çıxması ərəfəsində ölkədə zorakılıqlar artıb


Bağdadda son 48 saat ərzində həyata keçirilən bomba hücumlarından ikincisi 13 nəfərin ölümünə, 40 nəfərdən çoxunun yaralanmasına səbəb olub. Bu hücumlar Birləşmiş Ştatlar hərbi qüvvələrinin iyun ayının 30-da İraqın əsas şəhərlərindən çıxması ərəfəsində baş veirir. Bağdadın Nahda məhəlləsində bu gün səhər tezdən baş verən bomba hücumundan sonra İraq polisi və yerli işçilər yanmış onlarla motosikletin qalıqlarını və şüşə qırıntılarını təmizləyirlər. Məlumatlarda deyilir ki, motosikletə yerləşdirilmiş partlayıcı maddələr müsəlmanların istirahət günü olan cümə günü, insanların dükan-bazara çıxdığı gün işə salınıb.

Polisin məlumatına görə, may ayında zoralkılıqlar nəticəsində İraqda 155 nəfər həlak olmuşdusa, iyun ayının əvvəlindən bəri İraqda həyata keçirilən dörd güclü hücum nəticəsində ölənlərin sayı daha çoxdur. İraq parlamenti bazaar ertəsi ölkənin yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə artmaqda olan zorakılıqlar və Birləşmiş Ştatlar hərbi qüvvələrinin iyun ayının 30-da çıxarılması məsələlərini müzakirə edəcəklər.

XS
SM
MD
LG