Accessibility links

Barak Obama iqlim dəyişikliyi qanunu dəstəklədi


Bu gün iqlim dəyişikliyi ilə bağlı yenicə qəbul olunmuş qanuna güclü dəstəyini ifadə edən ABŞ prezidenti Barak Obama bunu əhəmiyyətli addım adlandıraraq, yeni iş yerlərinin yaranmasına xidmət edəcəyini deyib. Onun sözlərinə görə, zərərli istixana qazlarına ciddi məhdudiyyətlərin qoyulması və alternativ enerjinin təbliğini nəzər tutan qanun sonda təmiz enerjini gəlirli edəcək. Prezident deyib ki, təmiz enerjiyə investisiya qoyulması minlərlə yeni iş yeri yaradacaq. Barak Obama bu sözləri həftəlik radio müraciəti zamanı deyib. Qanun layihəsi dünən qəbul olunub. Nümayəndələr Paltasının kənd təsərrüfatı sektorunun üstünlük təşkil etdiyi ştatlardan olan demokrat nümayəndələri ratifikasiya olunması üçün qanun lahiyəsinə bəzi dəyişikliklər edib. Onlar qanunun enerji qiymətlərini artıracağından narahatdırlar. Qanunun lehinə cəmi 8 respublikaçı namizəd səs verib.
XS
SM
MD
LG