Accessibility links

Həmid Karzai Talibanı növbəti seçkilərdə iştirak etməyə çağırıb


Əfqanıstan prezidenti Həmid Karzai Taliban və digər yaraqlı qrupları növbəti seçkilərdə iştirak etməyə və səsvermə məntəqələrinə hücum etməməyə səsləyib. O, deyib ki, militantlar avqust ayının 20-də keçiriləcək prezident və vilayət şuraları seçkilərində iştirak etməlidirlər. Cənab Karzay bu gün Kabildə müxbirlərə deyib ki, seçkilər sülhə, təhlükəsizliyə və ölkənin inkişafına yardım edə bilər. Birləşmiş Ştatlar və onun beynəlxalq müttəfiqləri seçkilərin təhlükəsizliyini təmin etmək üçün oraya əlavə hərbi qüvvələr göndərəcəklərini vəd ediblər. Bu arada Əfqan rəsmiləri bildirirlər ki, yaraqlılar Helmənd vilayətində 8 polis zabitini öldürüblər.
XS
SM
MD
LG