Accessibility links

Cənubi Koreya və Yaponiya Şimali Koreyanı nüvə danışıqlarına qaytarmaq istəyir


Cənubi Koreya və Yaponiyanın liderləri Şimali Koreyanı nüvə danışıqlarına qaytarmaq üçün birlikdə çalışmağa söz veriblər.

Cənubi Koreyanın prezidenti Li Myunq-bak bu gün Tokioda Yaponiya baş naziri Taro Aso ilə görüşüb.

Danışıqlardan sonra cənab Li jurnalistlərə deyib ki, onlar Şimali Koreyaya nüvə sınağı və raket başlıqlarını inkişaf etdirməklə heç nə əldə etməyəcəyini nümayiş etdirmək istəyirlər.

Ötən ay Şimali Koreyanın ikinci dəfə nüvə sınağı keçirməsindən sonra region ölkələri arasında narahatlıq artıb.

Cənubi Koreya və Yaponiyanın liderləri habelə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə ediblər.

Cənab Aso deyib ki, ölkələr arasında azad ticarət barədə anlaşma iyulun 1-dən reallaşa bilər.

XS
SM
MD
LG