Accessibility links

Ölkəsindən qovulmuş Honduras prezidenti hazırda Nikaraquadadır


Hərbi çevriliş nəticəsində ölkəsindən qovulmuş Hondurasın prezidenti Manuel Zelaya hazırda Nikaraquadadır.

Zelaya özünün prezidentlik müddətini artırmaq üçün Konstitusiyaya dəyişiklik məqsədilə referenduma cəhd göstərdiyinə görə, hərbçilər onu dünən səhər saatlarında ölkədən qovaraq Kosta-Rikaya yollamışdılar.

Axşam saatlarında isə cənab Zelaya Latın Amerika prezidentlərinin bugünkü görüşündə iştirak etmək üçün Kosta-Rikadan Nikaraquaya gəlib.

Honduras qanuvericiləri isə vəzifəsindən uzaqlaşdırılan Zelayanın yerinə parlament sədri Roberto Mişelettini ölkənin müvəqqəti rəhbərliyinə gətiriblər.

Cənab Mişeletti ölkə ərazisində iki sutkalıq komendant saatı elan edib.

Hondurasdakı vəziyyəti bu gün BMT Baş Assambleyası da müzakirə edəcək.

XS
SM
MD
LG