Accessibility links

Azərbaycanda xarici təhsilli şəxslərin məscidlərə rəhbərliyi qadağan olundu


Azərbaycan parlamenti bu gün qeyri-hökumət təşkilatlarının öz maliyyə mənbələri barədə hesabat verməsini nəzərdə tutan qanun layihələrini qəbul edib.

Rəsmilər deyirlər ki, bu qanun qeyri-hökumət təşkilatlarının pulların yuyulmasında mümkün iştirakı və yaxud terrorizmlə əlaqəsinin qarşısını almağa yardım edəcək.

Deputatlar habelə əksəriyyətin müsəlman olduğu ölkədə xaricdə təhsil alan şəxslərin dini ayinlərin icra edildiyi yerlərə rəhbərliyini qadağan edən meyarları qəbul ediblər.

Bununla yanaşı, parlament qanun layihəsində yerli və xarici insan haqları qruplarınını tənqidinə səbəb olmuş vətəndaş cəmiyyətinə məhdudiyyətləri nəzərdə tutan bir neçə təklifləri qəbul etməyib.

Bura maliyyə mənbələrinini azı 50 faizinin xaricdən gələn QHT-lərin fəaliyyətinə qoyulan qadağalar da daxildir.

Habelə QHT-lərin ölkənin 30 faiz hissəsində filiallara malik olması barədə normalar da qəbul olunmuş qanun layihəsində artıq yoxdur.

Təsdiq olunmayan yeniliklərdən biri də 2 il ərzində qanunu 3 dəfə pozan media qurumlarının fəaliyyətinin dayandırılmasını nəzərdə tuturdu.

XS
SM
MD
LG