Accessibility links

İsrail prezidenti Şimon Peres Qazaxıstan prezidentindən İrana uran filizi satışının dayandırılmasını tələb edib


Qazaxıstan prezidenti Nursultan Nazarbayev israilli həmkarı Şimon Peresi əmin edib ki, onun ölkəsi İrana nüvə materialları satmır. İsrailin Qazaxıstanda səfərdə olan prezidenti Şimon Peres Qazaxıstan prezidentindən İrana uran filizi satışını dayandırmasını tələb edib. Paytaxt Astanadakı görüşü zamanı Qazax prezidenti İrana nüvə materiallarının satılması barədə ittihamları rədd edib.

Liderlər görüşləri zamanı eləcə də ölkələr arasında ticarət və İsrail-Fələstin münaqişəsi məsələlərini müzakirə etmişlər. İsrail prezidenti Şimon Pres Qazaxıstana İranla qonşu Azərbaycana səfərindən sonra gedib.


XS
SM
MD
LG