Accessibility links

Dağıstanda yaraqlılar polis məntəqəsinə hücum ediblər


Rusiyanın Şimali Qafqaz regionunun rəsmiləri deyirlər ki, yaraqlıların bu gün polis məntəqəsinə hücumu nəticəsində azı 2 adam həlak olub, 14 nəfər yaralanıb.

Rəsmilərin sözlərinə görə, silahlı şəxs Dağıstanın Dərbənd şəhər polis stansiyasını atəşə tutub, nəticədə 1 polis işçisi ölüb, digər ikisi yaralanıb.

Hücumçular daha sonra stansiya yaxınlığında bomba yerləşdirilmiş maşını işə salıblar və bu insident zamanı da 12 nəfər yaralanıb.

Dünən Rusiya rəsmiləri Avropanın ən yüksək dağı olan Elbrus dağı da daxil, Şimali Qafqaz ərazilərində anti-terror əməliyyatlarına başladıqlarını elan etmişdilər.

Əks-terror idarəsinin sözçüsü Natalya Borovinskaya deyib ki, əməliyyatlar qanunsuz hərbi birləşmələrin ərazidə həyata keçirdiyi hücumlarından sonra başlayır.

Sözçü onu da bildirib ki, 2007-ci ilin iyun ayından bu yana regionda qeydə alınan 32 terror cinayəti nəticəsində 9 polis işçisi həyatını itirib.

XS
SM
MD
LG